Nəşr Rejissoru (GaRip Can) İsmayıl Günerin şair-Yusuf Tər İlə Etdiyi Müsahibəni Təqdim edirik!

 

 

İsmayıl Günerin şair-Yusuf Tər İlə Etdiyi Müsahibəni Təqdim edirik!  
   
 
 -Yusuf Tər kimdir?
 
 - 1970-ci ildə Kozaklı' nın İmran kəndində doğuldum. Bütün kənd uşaqları kimi 1979 qədər kəndimdə yaşadım və məktəbə getdim. 1979 da ibtidai məktəb dördüncü sinifdən məktəbi buraxıb, İsveçrə də yaşamaqda olan atamın yanına yerləşdim. Lakin oxumağa olan ehtirasmı orada da davam etdirdim, rəsmlərçəkməyə başladım. Özümü inkişaf etdirmək üçün boş dayanmadım. İşlədim, işlədim və hər zaman çalışdım. 
 
 - Şeirə olan ehtirasınızdan bir az bəhs edərsinizmi:  
 
 -Gözəl dost, yuxarıda da izah etdiyim kimi, ibtidai məktəbi dördüncü sinifdən buraxıb İsveçrəyə gəldiyimdə, oxuma həvəsimi hər zaman işləyərək , oxuyaraq şəkil çəkərək aradan qaldırmağa çalışdım. Gün gəldi şeir kitablarına daha vurğulandım . Qürbət eldə təkliyimə şeir kitabları yoldaşım, dostum oldu.  On dörd yaşındaydım Ahmet Arifin "Hasretinden prangalar eskittim" kitabı əlimə keçmişdi, bağçada onu oxuyurdum, şeirlərini oxuyarkən içimdə yazma arzusu baş qaldırdı, ilk şeirim də belə doğulmuş oldu. 1984-cü ildə yazdığım ilk şeirimi burada sizinlə paylaşım.   
 
BİR UŞAQ VARDI 
 bir uşaq vardı torpağı qazırdı əlləriylə
 qazdıqca daşlar çıxırdı 
Bir uşaq vardı
boyu bir əli boyu qədər qazdı, qazdı
on dörd ildir qazdığı  yer boyu qədərdi
heç dəyişməmişdi içində özünü axtarırdı.... 
 
   Öz uşaqlığımı izah etdiyim ilk şeirim
 - Uşaq ruhuyla kənddən ayrılmısan. Yoldaşlarından, fərqli həyatın, həyatın müasir çağı içində özünü tapırsan, uşaqlığını axtarırsan. Axtardığın uşaqlıqda həsrət hiss edirsən.  Hiss etdiklərini kağıza tökürsən.
 
- Şeir yazmağa da beləmi başladınız?
 
-   Yazma mövzusuna gəlincə, zaman içində əvvəl ətrafı tanıyırsan. Ətrafdan sonra yaşadığın uzaq yerləri tanımaya çalışırsan. Çalışdıqca niyə qürbətdə olduğunu sorğulayırsan. O zaman da ZDF kanalı vardı. Yerli kanal, ən çox 4 və ya 5 dənə idi, həftədə bir Türkcə verilərdi. Məmləkəti, televiziya izlərkən özünü o kamera haranı göstərirsə sən orada hiss edirsən.   Həftənin 4 günü qəzet alardı atam. Oxuyardı, atam mənə də oxudardı qəzeti. Əsasən künc yazılarını oxudardı. Yaşar Kamalın "İnceMemed "romanın serialı vardı, ondan çox təsirlənmişdim.  Yaş irəlilədikcə marağımda daha çox artmışdı. Ailəm sol fikirli idi, babam iki dövr CHP-dən muxtar olmuşdu. Onunda təsiri vardı. Təbii ki "Yılmaz Cənub" filmlərinin də çox təsiri olmuşdur. Çünki "Yılmaz Cənub" filmlərini kirayəyə götürərdik seyr etmək üçün. Pərəstişkarı olmuşdum. Vicdanına toxunduğu, ictimai hadisələrə səssiz qalmayışı, mənə təsir etmişdi. Bu təsirlənmələr və duyğularla şeirlər yazırdım, sorğulayır -dım. Yazdıqdan sonra saxlayırdım şeirlərimi.  Saxlama səbəbimdə şeirə vərdiş etməyən bir cəmiyyətin içində "lağ edəcəklər" mövzusu olma duyğusu daşımam idi. 1989 Nihat Behram ilə tanış oldum, onun çox böyük təsiri olmuşdur yazdıqlarımda və siyasi istiqamətdən inkişafımda,şeirlərimin mövzularında.
 
   -Yazma mövzusunda təsirləndiyin şairlər oldumu? Oldu isə hansı istiqamətdə təsirləndin? Bu təsirlənmənin sizin üçün faydaları nə oldu?  
 
 - Atam bizi İsveçrəyə yanına götürdüyündə təhsilimə davam edə bilmədim amma 5 il boyunca həmişə kitab oxudum. Əlimə nə keçdisə oxudum. Ahmet Arif, Nazim Hikmət, Nihat Behram, sonradan tanış olduğum və üz-üzə görüşdüyüm şairlərdə oldu. Harun İgid, İlhamı Arslantaş, Ali Turalı (qul səfili) , bu şairləri çoxu tanımaz. Torpaqlarımızın, məmləkətimizin şairləridir bunlar. Bu dostlarımın böyük təsiri olmuşdur. Ədəbiyyat da təsirləndiyim şairlər, yazıçılarda oldu. Kitablarını oxuduğum hər şair özünü izah edirdi, ətrafını həyatını izah edirdi. Bunlardan təsirlənməmək mümkün deyil, Mütləq təsirlənirsən.   Bu şair dostları oxuduqca, tanışlarım ilə üz-üzə danışdıqca, həm həyata baxışım yəni siyasi görüşüm, bu istiqamətdə şeirlərimin mövzuları, daha populyar, daha xalqdan yana yazmağım, daha bir çox şeirlərimə müvəffəqiyyət qazandırdı. Bunlarda şeirlərimin yaranmasını və qalıcılığını təmin etdi. Qalmaq istədiyim zirvənidə  tapmış oldum.
 
 -Şeirlərinin mövzularını necə və haradan tapırsan ya da nə kimi mövzulardan təsirlənib yazırsan?
 
 - Şeirimin qaynaqları dünyadakı mənfi hadisələrdir,əzilənlərdir. Qarşında əzən və əzilən var, buna qarşı laqeydsənsə əzəndən yana olarsan. Həssassansa, onun o yaşadığı ağrıları özündə hiss edərsən və o an xalqın ozanısan, həqiqətin sosial şairisən, özünü bir anda onun yanında hiss edərsən.İstər qara olsun istər ağ, dünyada yaşayan ,əzilən insanlar yəni rəngi, dini, fərq etməz qısa olaraq istismar edilən , əzilən yoxsul xalqdır. Məndə onların ozanıyam, təsirlənərək yazdıqlarımda onların həyatından, çəkdiyi ağrılardan olur. Bir sözlə onları tanıtmağa çalışıram.
 
 -Şairin şeir sənətində üsulu nə olmalı sizcə?
 
-  Pedaqoq, təlimatçı olmalı, həssas olmalı xalqın ozanı, xalqın dili olmalı, xalqın şairi də xalqın şairi olmalı.
 
   -İlk kitabınızın adını hansı səbəbə görə "Şeir kor insanın gözüdür" qoydunuz? Bu cümləni oxuyucularınız üçün açarsınızmı?  
 
 - Bəli ilk kitabımın adı. Nə dedik yuxarıda şeir üçün, təlimatçı və yol göstərici, o cümlə ilə bu tərif bir-birinə tam uyduğu üçün doğru deyilmiş bir cümlə olar. Və belə də olmalı, kor insana göz, kar insana qulaq, lal insanın dili olmalı, şeir o zaman şeirdir. Şeir o zaman populyardır və xalqdan yanadır. Yəni sosialdır.   Bu qədər kitab, şeir, yaza bilmişlər. Aşiq Veysəlin həyat hekayəsini oxuduğumda bu söz ağılıma gəlmişdi," şeir kor insanın gözüdür, görən gözlər dünyanı döyüşə sürüyən gözlərdir". Kor göz isə buna qarşı gələndir. Aşiq Veysəlin sözü ağılıma gəldi. Veysəl bağçasına yeni cücərtilər ərkən kor payızıyla, kəndlilər lağ etmişlər, bu torpaqlarda bu cücərtilər yetişməz deyə, zaman gəlib keçmiş Veysəlin əkdiyi cücərtilər yaşıllaşmış, meyvə vermiş .Kəndlilər əsas kor olan bizmişik o deyil demişlər.
 
 - Bildiyimə görə siz rəsimlər çəkirdiniz , indi necə  davam edirsinizmi ?
 
 -  Mən rəsm çəkməyə 15 yaşında başladım .Yüzdən çox çəkmiş olduğum fərqli rəsimlərim var. 13 ilə yaxındır daha çəkmirəm, rəssamlığı buraxdım, uşaqlarım davam edir   
 
- Rəssamlıq sənətində hər hansı bir rəsimləriniz varmı?
Varsa niyə Rəssam sahəsi deyil də şeir?
 
- Şeirə üstünlük verməmin səbəbi,oxuyucuya istədiyin yerdə özünü tam mənasıyla çatdırmaqdır.İçindəki çılğınlığını ,hirsini dilə gətirirsə ,ona görə üstünlüyü paylaşma yolunda şeir olaraq gördüm ,şeirin daha çox insana çatacağını düşündüm!
    -Ümumən  baxdığımızda şeirlərində bir başqaldırı varlığı var, buna səbəb olan nədir ?Bir də Sünni mənşəli olmanıza baxmayaraq ,Şiəlik təması olan çox şeiriniz var. Bu iki varlığı necə açıqlayırsınız?
 
 - Şair ya da yazar yaşadığı cəmiyyətdə əzilmiş istismar edilmiş xalqı görmürsə, onun ağrılarını dilə gətirmirsə, tək istiqamətli baxırsa, ona nə qədər həssas şair, ozan deyə bilərsiniz?
 -  Mən sosialist biriyəm bu ağrılar, bu qırğınlar bizim ölkəmizdə edildi ,buna da laqeyd ,reaksiyasız qala bilmərik.   Sabah bizlərində başına gəlməyəcəyini hardan bilərik , birlik, bərabərlik döyüşü aparırıq. Bizim döyüşümüzü də silahla deyil qələmlə, şeirlə dilə gətirirəm, Bizim vətəndaşlığımız , bizim xalqımız bir almanın yarısı bunu necə yad bilər, yox sayarıq, Yox sayanlara qarşı vermiş olduğum bir mübarizədir bu.İstər şeirlə ,istərsə siyasi düşüncəmlə sosialist olaraq bütün xalqı qucaqlamaq lazımdır. Şairdə bu məzmunda universal olmalı. Universal olaraq düşünürəm ki , cəmiyyətlərin dini, dili, irqi deyil ,universal dəyərləri maraqlandırar ozanı və ya şairi. Bu məzmunda mənim şeirlərimdə universallıq qanunları içində üsyankardır və baş qaldırıcıdır.  
 
 -Bildiyim qədər bir neçə şeir kitabınız var. Çox şeir yazmaqdan , yoxsa az və qalıcı şeirləri paylaşmaqdan yanasınızmı? 
 
- Bəli ,4 dənə kitabım nəşr üzü görüb. Yaşadığım qısa həyata yaxşı şeirlər sığdırmaq istədim. Əhəmiyyətli olan qalıcı əsərləriçap etdirməkdir. Mütləq məhsuldarlığı  olmalı . O biri yandan da, məhsuldarlığı olsun deyə, axmaq ,başdan getdi şeylərdə yazmaq, ya da gül, bül şeirləri yazmaq mənə görə deyil. Mən İhsani ustad kimi ,illərcə adımdan söz ediləcək şeirlər qoymalıyam geridə. Əsasən  bizim cəmiyyətimizə dərdini ,əziyyətini izah etmək ,yolunu açmaq , həqiqəti ,doğruları söyləmək , o qədər də xoş gəlmir , səni sevmirlər.Gerçəklərdən kənar, gül -bülbül şeirləri yazarsansa səni alqışlayırlar.(Veysəl nümunəsi) amma olsun bizlər həqiqi əsərlər çıxaraq azda olsa bizləri anlayan və sahib çıxan olacaq. Bundan da ümidliyəm və bu istiqamətdə də əsərlər buraxmağa davam edəcəyəm.  
 
 - Şeirin digər sənətlərdən fərqi nədir sizcə?   
 
- Rəsm ilə şeir bir almanın yarısıdır. Rəssam rəsmə işlədiyi rənglərlə izah edər duyğularını, şairdə sözlərə tökər. Naxış işlər kimi işlər şeirlərii. Rəsmə baxarsan, o şəkilin dərinliklərinə enərsən, o an özünü rəssam hiss edərsən.  Şairin şeirlərini oxuyarkən də özünü o oxuduğun sözlər içində taparsan, əhəmiyyətli olan qavraya bilmək, verilən mesajları yaxşı anlaya bilmək şeir də və şəkil də…  
 
-                   İndiki vaxtda hər kəsin Qloballaşma deyə tutdurduğu bir müddətdə, siz, hansı şeirdən yanasınız? 
 
-                     Mən şeirimi yuxarıda bir çox yerdə izah etdim, mən və mənim kimi ozanlar sosial və üsyankar, baş qaldıran şeirdən yanayıq. Onun içində üç yoldaş ilə birlikdə xalq şeirində baş qaldır antologiyası kitabını hazırlamaqdayıq. Bu bizim üçün bir vəzifədir.  İnsanları işıqlandıran, irəlini göstərən, sənin kürəyindən səni istismar edənə qarşı olan şeirlərdən yanayam, qloballaşmada çıxan nəticə müəyyən, kapitalist nizamın sərmayəsinin gətirdiyi, doğurduğu hadisədir. Bunun qarşısında olmalıyıq, hərəkətlərlə dilə gətirməliyik…  
 
 -Yaxın da yeni şeir kitab proyektləriniz varmı?
 
 - Bəli. fərdi olaraq iki kitab faylım hazır. Birdə, yuxarıda bəhs etdiyim, yaxın da çıxacaq kollektiv işimiz olan " xalq şeirində başkaldırı" antologiyası var. Dediyim kimi qalıcı şeylər yaratmaqla məşğul oluram.     
 
-                   Şairin içindəki uşaq hansı zamanda yaşlanır sizcə?  
 
 - Əliniz tutduğu müddətcə, diliniz döndüyüncə şeirlər yazılar, bədənlə yaşlanarsınız amma beyninizdəki əzm şeir ruhu heç yaşlanmaz. Ölənə qədər, son nəfəsinizə qədər zümzümə edərsiniz. Dəstək olanda budur şairə. Şair ölər şeirləri  qalar və yaşar…  
 
 -Son olaraq Gənc şair namizədlərinə nələr söyləmək istəyərsiniz?
 
 - Gənclərimizə deməm bu olar, bol, bol kitab oxusunlar, özlərini məhdudlaşdırmasınlar, oxuduqları hər bir söz qızıldan qiymətlidir. Gələcəkləri atdıqları və atacaqları təməli meydana gətirər. Özləri üçün yazsınlar. Başqalarına bəyəndirmək üçün şeir yazmasınlar.  Tək deyəcəyim budur sevimli dostum …  
 
 -Biz Nurhakdağı Net  saytı olaraq; zaman ayırıb bizimlə beləsi gözəl bir mühasibə reallaşdırdığınız üçün, dostlarımız və oxuyucularımız adına çox təşəkkür edirik. İşlərinizdə yeni – yeni nailiyyətlər arzulayırıq...
 
-                   Mən Təşəkkür edirəm...
 
 Reportaj: (GaRip caN) İsmayıl Güner   17. 08.08 Saat 20: 08 İsveçrə                  
                                                                                                                          
      Yusuf Tər


 Sevgili dostum güzel insan Gulnare Leman teşekkür ederim Azerbeycan diline cevirdiği için bu metini ...